İsveçrə Prezidenti Ukrayna üzrə sammitin nəticələrini elan edəcək

16-07-2024, 15:14           
İsveçrə Prezidenti Ukrayna üzrə sammitin nəticələrini elan edəcək
İsveçrə Prezidenti Viola Amherd iyulun 18-də Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin iştirakçılarına Bürgenstokda Ukrayna üzrə keçirilən konfransın nəticələri barədə məlumat verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

"İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcək", - məlumatda deyilir.

Qeyd edilib ki, bu görüşün açılışında Amherd Ukraynada sülhə dair iyunun ortalarında Bürgenstokda keçirilən yüksək səviyyəli konfransın nəticələrini elan edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru