Gürcüstanda vətəndaşların DNT bazası yaradılır

16-07-2024, 16:28           
Gürcüstanda vətəndaşların DNT bazası yaradılır
Gürcüstanda DNT məlumat bazası Levan Samxarauli adına Milli Məhkəmə Tibbi Ekspertiza Bürosunun bazasında yaradılacaq.

Qanun layihəsi Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə parlamentə daxil olub. Məqsəd cinayətlərin qarşısının alınması və itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməklik göstərməkdir.

DNT məlumat bazasına razılıq əsasında istənilən şəxsin genetik profilini yazmağa icazə veriləcək.

Təqsirləndirilən və məhkum edilmiş şəxslərin genetik materialları mütləq təqdim ediləcək.

Qanun layihəsi genetik profilin saxlanma müddətini müəyyən edir. Məsələn, xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslər üçün - 75 il, az ağır cinayətlərə görə - 30 il. Əgər insan ölərsə, onun genetik profili daha on il ərzində bazada saxlanılacaq.
newsgeorgia.ge












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.