İtaliya polisi 33 hindlini köləlikdən azad etdi

16-07-2024, 18:24           
İtaliya polisi 33 hindlini köləlikdən azad etdi
İtaliya polisi 33 hindistanlı miqrantı köləlikdən azad edib.

İki Hindistan vətəndaşı iş və rahat gələcək vəd edərək 33 həmyerlisini İtaliyaya göndərib. Amma əvəzində onlar cüzi əməkhaqqı müqabilində həftənin yeddi günü gündə 10 saatdan çox işləməyə məcbur ediliblər.

Hüquq-mühafizə orqanları miqrantları işlə təmin edəcəklərini vəd edərək onları köləliyə cəlb edən iki nəfəri saxlayıb. Saxlanılanların üzərində 500 min dollardan çox pul olduğu müəyyən edilib.

Qeyd olunur ki, İtaliya fermalarında həm italyanların, həm də miqrantların istismarı tez-tez rast gəlinən problemdir. Ölkədə minlərlə insan tarlalarda, üzüm bağlarında və istixanalarda çox vaxt müqaviləsiz və son dərəcə təhlükəli şəraitdə işləyir.
İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru