Netanyahu: Girovların qaytarılması üçün HƏMAS-a təzyiqi artırmaq lazımdır

17-07-2024, 10:54           
Netanyahu: Girovların qaytarılması üçün HƏMAS-a təzyiqi artırmaq lazımdır
"İsrail Fələstinin HƏMAS hərəkatına davamlı hərbi təzyiq edir və Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün bu təzyiq gücləndirilməlidir".

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu 2014-cü ildə Qəzzada əməliyyat zamanı həlak olanlara həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

"HƏMAS təzyiq altındadır. Ona görə ki, ona zərbələr endirir, onun yüksək səviyyəli komandirlərini sıradan çıxarırıq, minlərlə terrorçunu məhv edirik. Bizə qarşı təzyiqlərə baxmayaraq, ədalətli tələblərimizdə möhkəm dayandığımız üçün təzyiq altındadır. İndi bütün girovları, həm diriləri, həm də ölüləri evlərinə qaytarmaq və müharibənin bütün məqsədlərinə nail olmaq üçün təzyiqi daha da artırmağın vaxtı gəldi. Gəlin HƏMAS üzərində təzyiqi artıraq və bütün təhlükələri məhv edək, - deyə Netanyahu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru