Çexiya Ukrayna DİN-i hərbi texnika ilə təchiz edə bilər

17-07-2024, 11:44           
Çexiya Ukrayna DİN-i hərbi texnika ilə təchiz edə bilər
Çexiya Ukraynanın Daxili İşlər Nazirliyinin müharibədə iştirak edən hərbi birləşmələrini silah-sursat, eləcə də hərbi texnika ilə təchiz edə bilər.

Bunu Çexiyada səfərdə olan Ukraynanın daxili işlər naziri İqor Klimenko “Teleqram” kanalında yazıb.

Nazir çexiyalı həmkarı Vit Rakuşan ilə görüşünə də də toxunub. Bildirib ki, danışıqlarda bu və digər məsələlər nəzərdən keçirilib.

Sonda İ. Klimenko rəsmi Praqaya Ukrayna vətəndaşlarının ölkəsinə qayıtmasında göstərilən dəstəyə görə təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru