Yunanıstan rəsmiləri müəssisə rəhbərlərinə işçiləri bu həftə ərzində açıq havada çalışmalarına icazə verməməyi tapşırıb. Bildirilib ki, həftə ərzində inşaatçılar, kuryerlər, eləcə də digər açıq havada çalışanlar axşam saat 5-ə qədər işlərini dayandıracaqlar. Buna səbəb Yunanıstanda temperaturun normadan artıq yüksəlməsidir. Poqnozlara görə, həftə ərzində havanın temperaturu 42-43 dərəcəyə çatacaq. Röyters