EBRD qaz ehtiyatlarının yaradılması üçün Ukraynaya 200 milyon avro ayırmaq niyyətindədir
17-07-2024, 16:14
Ukrayna Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə təbii qaz ehtiyatlarının yaradılması üçün 200 milyon avro məbləğində yardımı nəzərdə tutan saziş imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Ukrayna strateji təbii qaz ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyi üçün “Naftaqaz” QSC-yə dəstək üçün EBRD-dən 200 milyon avro alacaq”, – məlumatda bildirilir.
Qeyd olunur ki, bu gün dövlət sektorunda EBRD ilə ümumi həcmi 2,1 milyard avro olan 10 birgə layihə icra mərhələsindədir.