Putin prezidentlikdən gedir? - Gözlənilməz açıqlama

5-09-2016, 16:30           
Putin prezidentlikdən gedir? - Gözlənilməz açıqlama

Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib- etməyəcəyi haqda sualı cavablandırıb.

AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin hələlik bu haqda danışmağın tez olduğunu deyib. “Mən ya seçkilərdə iştirak edə, ya da etməyə bilərəm. Əgər iştirak etməsəm, onda başqası Rusiya prezidenti seçiləcək və artıq vətəndaşların özləri kimə səs vermək barədə qərar verəcəklər”, - deyə Putin qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, hazırda 2018-ci ildən sonra iqtisadiyyatın inkişafı üzrə strategiya hazırlanır. Putin, həmçinin gələcək Rusiya prezidentinin necə olması barədə də danışıb: “Gələcək lider kifayət qədər gənc, lakin yetkin olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru