Kriptovalyuta istehsalı Rusiyada enerji çatışmazlığı yaradıb - Putin

18-07-2024, 12:54           
Kriptovalyuta istehsalı Rusiyada enerji çatışmazlığı yaradıb - Putin
Rusiyada kriptovalyuta istehsalı üçün elektrik enerjisi istehlakının artması müəyyən regionlarda enerji çatışmazlığına səbəb ola bilər.
Bunu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclasda deyib.
O bildirib ki, bu, artıq İrkutsk vilayətində, Buryatiya və Trans-Baykal diyarında müşahidə olunur.
Putin bu məsələni kəskin və müəssisələr, mənzil-kommunal xidmət sistemləri, konkret şəhər və qəsəbələr üçün ciddi fəsadlarla dolu təhdid adlandırıb.
Rusiya Energetika Nazirliyinin hesablamalarına görə, hər il kriptovalyutaya 16 milyard kVt/saat elektrik enerjisi, yəni Rusiyada ümumi enerji istehlakının demək olar ki, 1,5 faizi istifadə olunur. Ölkədə kriptomininqlərin enerji istehlakı artmaqda davam edir.
2023-cü ilin sonunda Energetika Nazirliyi hökumətin qərar layihəsini hazırlayıb. Layihəyə görə, kriptovalyutaçılar üçün elektrik enerjisinin ötürülməsi tarifləri 2-5 dəfə arta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru