Amerikalı könüllülərin Ukraynaya yardım istəyi ailələrindəki hekayələrdən qaynaqlanır

18-07-2024, 16:44           
Amerikalı könüllülərin Ukraynaya yardım istəyi ailələrindəki hekayələrdən qaynaqlanır
Litva əsilli amerikalı Rima Zyuraytis bir ildən artıqdır ki, Ukraynada hərbi qulluqçulara və mülki vətəndaşlara ilkin tibbi yardım təlimi keçir. Ukraynaya ilk dəfə 2022-ci ilin payızında könüllü kimi gələn Zyuraytis bu ölkədə qalaraq, tibb üzrə təlimatçı olmaq qərarına gəlib.

"Yaranı sarımaq haqqında danışacağıq? Bu, ən vacib işlərdən biridir."

Litva əsilli 36 yaşlı amerikalı Rima Zyuraytis Kyivdə Ukrayna Beynəlxalq Taktiki Tibb Mərkəzində ilkin tibbi yardım kursları keçir.

O, "Blue/Yellow USA" xeyriyyə fonduna qoşulmaq üçün ABŞ-ın Çikaqo şəhərindəki maliyyə şirkətindəki işini 2022-ci ilin yayında tərk edib.

Bir neçə ay sonra o, Ukraynaya gəlib. Döyüşçülərə tibbi yardım təlimçisi Rima Zyuraytis: "Xarkivə əks-hücum zamanı gəldim. Bu, dörd günlük səfər idi və cəbhə xəttinə yaxın idi".

Politoloq kimi təhsil alan Zyuraytisin 2022-ci ilin dekabrında ABŞ Konqresinin qarşısında Ukraynadakı təcrübələri barədə danışmaq imkanı olub.

Onun üçün Rusiyanın hərbi təcavüzü qarşısında Ukraynaya dəstək şəxsi məsələdir. Onun ailə üzvləri 1940-cı illərdə Rusiya işğalından qaçmış litvalı qaçqınlardır. "Ailəmizin kiçik bir hissəsi köçkün düşərgələrinə qaça bidlib. Məni ən çox buna həvəsləndirən həm də ulu nənə-babalarımın vətənlərini bir daha azad görmədən ölmələri oldu".

2023-cü ilin fevral ayında Zyuraytis hərbi tibbi təlim keçmək üçün Ukraynaya qayıdıb.

Xarkiv bölgəsinə getməyə hazırlaşan könüllü və Avstraliya ordusunun keçmiş üzvü Maykl Romalis onun təlim kursunda iştirak edir. "Biz "Ukrayna Patriotu” xeyriyyə cəmiyyəti ilə çalışırıq, humanitar işlər görürük. Ərzaq paketləri, xəstəxana antiseptik dəstləri... Keçən il biz geyim və tibbi ləvazimat hazırladıq və yardım çatdırmaq üçün Xarkivə və İzyuma səfərlər etdik."

Koloradodan olan amerikalı iş adamı Tod Brokenşir də buradadır. O, 2020-ci ildə Ukraynada biznes açıb və müharibəyə baxmayaraq, burada qalmaq qərarına gəlib.

"Qanı dayandıran sarğını necə sarımaq. Bu, fərdi ilk yardım dəstləridir. Onların içində nə olduğunu, onlardan istifadə edilməsini bilmək, bu kimi şeylər".

Zyuraytis 2023-cü ilin oktyabrından ABŞ-a qayıtmayıb. O, həyatları xilas etdiyinə inandığı üçün Ukraynada qalmağı və müəllimlik fəaliyyətini davam etdirməyi planlaşdırdığını deyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.