ABŞ və Latın Amerikası iqtisadi problemlərin həllinə çalışır
18-07-2024, 16:54
ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Latın Amerikasında yoxsulluğun artması və məhsuldarlığın azalması problemləri çərşənbə günü Vaşinqtonda 12 region ölkəsinin xarici işlər nazirlərinin toplantısında gündəmdə olacaq.
Dövlət katibi Antoni Blinken danışıqlar zamanı bu problemlərin “həll edilməsini” və Amerika qitəsini “dünyanın iqtisadi cəhətdən ən rəqabətli bölgəsinə” çevirmək istiqamətində işləməyi hədəfləyir” - deyə, dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols bildirib.
“Nazirlər iki il əvvəl iqtisadi inteqrasiyanı dərinləşdirmək və yaxşı maaşlı iş yerləri yaratmaqla "orta sinif, işçilər və tarixən təcrid olunmuş qruplar üçün konkret nəticələr əldə etmək" üçün yaradılmış İqtisadi Rifah naminə Amerika Tərəfdaşlığının üzvlərini təmsil edirlər”, Nikols bu həftə brifinqdə çıxış edərkən deyib.
“Bu tərəfdaşlıq vasitəsilə biz davamlı təchizat zəncirləri yaratmaq, regionumuzun iqtisadi institutlarını canlandırmaq və işçilərimizə, infrastrukturumuza və strateji sənayemizə, müasir iqtisadiyyatımız üçün”- istər yarımkeçiricilər, istərsə də təmiz enerji, tibbi ləvazimatlar və ya lazım olan kritik minerallar vasitəsilə sərmayə qoymaq üçün birlikdə işləyəcəyik.
Nikols ABŞ-ın Latın Amerikasının ən böyük ticarət tərəfdaşı və ən böyük birbaşa xarici investisiya mənbəyi olduğuna diqqət çəkib.
2023-cü ildə ABŞ-ın Latın Amerikası və Karib hövzəsi ilə ticarəti 1,1 trilyon dollardan çox olub və Meksika Amerikanın əsas ticarət tərəfdaşı kimi Çini geridə qoyub. Buna baxmayaraq, o, “Latın Amerikasında yoxsulluq dərəcələri artır, məhsuldarlıq geriləyir və gəlir bərabərsizliyi ciddi problem olaraq qalır. Pandemiya bizə və regional tərəfdaşlarımıza evə yaxın daha çoxşaxəli və etibarlı təchizat zəncirlərinin inkişafının vacibliyini nümayiş etdirdi”deyib.
ABŞ-ın Hondurasdakı keçmiş səfiri və Dövlət katibinin keçmiş köməkçisinin müavini Lisa Kubiske bildirib ki, son iki ildə üzv ölkələr azad ticarət sazişlərindəki boşluqları aradan qaldıra biliblər və əsaslı iqtisadi artıma mane olan struktur məsələləri həll edə biliblər.
Onun sözlərinə görə, noyabr ayında keçirilən sammitdə 12 ölkənin liderləri öz nazirlərinə üç istiqaməti inkişaf etdirməyi tapşırıblar: ticarət, maliyyə və xarici işlər.
“Xarici əlaqələr cəbhəsində qrup "təmiz hidrogen, sahibkarlıq, qanunun aliliyi və şəffaflıq, ağıllı kənd təsərrüfatı, kosmosdan dinc məqsədlərlə istifadə" və digər məsələlərlə məşğul olub”, o, brifinqdə jurnalistlərə bildirib.
Amerikalərarası İnkişaf Bankının prezidenti və İnkişaf Maliyyə Korporasiyasının baş direktorunun müavini nazirlərlə nahara dəvət olunub. Biri ABŞ Ticarət Palatasının, digərinin isə Amerika Şurasının ev sahibliyi edəcəyi iki yan tədbir də olacaq.
Qrupun təsisçiləri Barbados, Kanada, Çili, Kosta-Rika, Kolumbiya, Dominikan Respublikası, Ekvador, Meksika, Panama, Peru, ABŞ və Uruqvaydır. Onların liderləri gələn il Kosta-Rikada yenidən görüşəcəklər.