Putinə sui-qəsdi kimlər hazırlayıb? - Kreml bəyan etdi

19-07-2024, 12:05           
Putinə sui-qəsdi kimlər hazırlayıb? - Kreml bəyan etdi
Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir Putinə qarşı sui-qəsd cəhdinin anqlosaksların iştirakı ilə planlaşdırıldığını və maliyyələşdirildiyini bəyan edib.
Bu barədə RF XİN-nin iyulun 18-də yayadığı bəyanatda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsdin əvvəllər Ukrayna müdafiə nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov tərəfindən də səsləndirilib.
İyulun 13-də Budanov bildirib ki, Putinə sui-qəsd cəhdləri təşkil edilib , lakin bu, uğursuz alınıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, belə təhdidlər olub, amma Putinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunduğundan uğursuz olub.
RF XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, sui-qəsd planı ABŞ-ın pulu ilə hazırlanıb. \\Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru