Britaniya baş naziri "Avropa Siyasi Birliyi" sammitinin əsas mövzusunu açıqladı

19-07-2024, 15:34           
Britaniya baş naziri "Avropa Siyasi Birliyi" sammitinin əsas mövzusunu açıqladı
"İngiltərənin Oksfordşir qraflığında keçirilən "Avropa Siyasi Birliyi" Sammitində iştirak edənlər qeyri-qanuni miqrasiya ilə mübarizəni prioritet hesab ediblər".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer tədbirin sonunda keçirdiyi mətbuat konfransında deyib.

"Biz qeyri-qanuni miqrasiyaya yanaşmamızı nəzərdən keçiririk, bu gün əsas mövzu bu idi. Biz qeyri-qanuni mühacirlərin daşınması ilə məşğul olan qruplarla mübarizə aparacağıq, onların biznes modelini pozacaq və sərhədlərimizi qoruyacağıq", - Britaniya hökumətinin başçısı deyib.

O, xüsusilə qeyd edib ki, Böyük Britaniya Avropa Polis Agentliyində (Avropol) "mövcudluğunu artıracaq", Slovakiya və Sloveniya ilə miqrasiya sahəsində əməkdaşlığa dair yeni sazişlər bağlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru