Rumıniyalı deputat Avropa Parlamentinin iclasında it ağızlığı taxtı

19-07-2024, 15:58           
Rumıniyalı deputat Avropa Parlamentinin iclasında it ağızlığı taxtı
Rumıniyadan olan deputat - S.O.S. Rumıniya partiyasının lideri Diana Şoşoake bir neçə dəfə spikerlərin sözünü kəsdikdən sonra Avropa Parlamentinin iclasından kənarlaşdırılıb.

Xanım siyasətçi buna etiraz əlaməti olaraq it ağızlığı taxıb.

Bildirilir ki, Şoşoake söz azadlığının pozulduğu üçün etirazını bu yolla ifadə edib.

İclasdan çıxmazdan əvvəl Avropa Parlamentinin Rumıniyadan olan deputatı onun rumınlar tərəfindən seçildiyini xatırladıb.

Deputat bildirib ki, o, koronavirus peyvəndi ilə insanların öldürülməsinə, rumınlara LGBT dəyərlərinin tətbiq edilməsinə qarşı çıxır.

vesti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru