ABŞ Olimpiya Oyunlarına ev sahibliyi hüququndan məhrum edilə bilər

19-07-2024, 15:24           
ABŞ Olimpiya Oyunlarına ev sahibliyi hüququndan məhrum edilə bilər
Qərarın əsas səbəbi ABŞ qanunvericiliyinin dünya antidopinq kodeksi ilə uyğunsuzluğudur.
ABŞ-da keçirilməsi nəzərdə tutulan 2028-ci il yay və 2034-cü il qış Olimpiya Oyunları ləğv edilə bilər.
Bu fikirləri Ümumdünya Antidopinq Agentliyinin fəxri prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin üzvü Riçard Paund deyib.
"Reuters" agentliyi bu barədə xəbər verib.
Ümumdünya Antidopinq Agentliyi (ÜADA) Amerika Birləşmiş Ştatlarının Antidopinq Agentliyini uyğunluq statusundan məhrum etməyi düşünür ki, bu da həmin ölkədə keçirilməsi nəzərdə tutulan böyük idman tədbirlərinə qadağa qoyulmasına səbəb ola bilər.
Bu qərarın əsas səbəbi ABŞ qanunvericiliyinin dünya antidopinq kodeksi ilə uyğunsuzluğudur.
Pound izah edib ki, mübahisəli məsələ 2020-ci ildə qəbul edilmiş və Vaşinqton tərəfindən 23 Çinli üzgüçüdə müsbət dopinq testlərini araşdırmaq üçün istifadə edilən "Rodçenkov Aktı"dır.
"Bu qanunun tətbiqi Amerika Birləşmiş Ştatlarının Antidopinq Agentliyinin uyğunluq statusundan məhrum edilməsinə və nəticədə Olimpiya Oyunları da daxil olmaqla böyük idman turnirlərinə ev sahibliyi etmək hüququnun itirilməsinə səbəb ola bilər" - ÜADA-nın fəxri prezidenti qeyd edib.
Bundan əvvəl Fransada hakimiyyət orqanlarının 2024-cü il Olimpiya Oyunları ərəfəsində bir neçə min evsiz insanı Parisdən çıxardığı bildirilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.