Nyu Yorkluların Baydenin prezidentlik yarışından çəkilməsinə reaksiyası

23-07-2024, 12:15           
Nyu Yorkluların Baydenin prezidentlik yarışından çəkilməsinə reaksiyası
81 yaşlı prezident Co Bayden seçki yarışından imtina və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini elan etdikdən bir neçə saat sonra Amerikanın Səsi Nyu York küçələrində amerikalılarla bu tarixi xəbərlərə reaksiyalarını öyrənib.


Frenchie Langford
"Mən sadəcə şokdaydım! Nə baş verdiyini bilmək istəyirdim! Bu, xəbərə verdiyim ilkin reaksiya idi. Amma əgər Kəmalə estafeti ələ alırsa, bu, əladır".


Nereida Sarracin
"Məncə, o, təqaüdə çıxmalı idi. Onun vəziyyəti yaxşı deyil, əqli vəziyyəti yarışa davam edəcək halda deyildi. Yerini başqasına a vermək daha yaxşıdır".


Sezar Qonzalez
"Düşünürəm ki, son debat zamanı həqiqətən də onun tam şəkildə əqli cəhətdən güclü olmadığını gördüm. Mənim Alzheimerin ilkin əlamətləri başlayan atam var və mən ona çox qayğı göstərirəm. Düşünürəm ki, bu, daha çox insani qərarı idi. Son debatı izləyəndə öz-özümə düşündüm ki, mənim fikrimcə, onun qayğısına qalınmalı və bəlkə də dünyanın ən mühüm xalqının lideri olmaq qədər stresli olmayan bir şəraitə salınmalı olan birisidir".


Skot Perkins
"Düşünürəm ki, prezident Baydenin vəzifəsini tərk etmək qərarına gəlməsi təqdirəlayiqdir. Bu, asan qərar deyildi".


Madeline Mills
"Düzünü desəm, təəccüblənmirəm. Kaş ki, Demokratlar Partiyası bunu daha əvvəl başa düşərdi. İndiki bu məqamda tələsiklik və xaotiklik yaranmazdı. Amma düşünürəm ki, Bayden namizəd kimi qalsaydı, hər halda Trampa uduzardı. Lakin düşünürəm ki, hər hansı şansı az olan son qərar Baydenlə davam etməkdən daha yaxşıdır".


Ceff KIiffer
"Məncə, bu, yaxşı fikirdir. Mən Baydenə səs verdim və şəraiti nəzərə alaraq, o və Demokrat liderlər inanılmaz bir iş gördü. Onlar ümumi Respublikaçı müxalifətə qarşı iki-üç əsas qanun qəbul etdilər, amma işin əsli ondan ibarətdir ki, o, artıq qocalır. Düşünürəm ki, bir çox amerikalı da bunu bilir".
Çarlz Buddeke
"Rahatlıq. O, böyük insandır. Lakin açıq-aydın görünür ki, yaş öz işini görür. Və buna görə də onun kənara çəkilməsinə şadam. Ölkə üçün doğru olanı etdi".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.