Ukrayna münaqişəsində itkilər açıqlandı - Dəhşətli statistika

16-09-2016, 09:53           

Ukraynanın şərqində münaqişənin başlanmasından bu günə kimi 9 min 640 nəfər həlak olub, 22 min 431 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə BMT Ali Komissarlığının yaydığı hesabatda deyilib.

“Baş verən atışmalarda Ukrayna Silahlı Qüvvələri, mülki şəxslər və separatçılar da daxil olmaqla, ümumilikdə 9 min 640 insan həlak olub. 16 may və 15 avqust tarixlərində isə Donbasda 28 dinc sakin həyatını itirib, 160-ı isə yaralanıb”, - hesabatda qeyd edilib.

Hesabatda həmçinin Rusiyanın Krıma qarşı təzyiqləri artırdığı vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru