Barak Obama:"Zorakılıq dayandırılmasa, ABŞ Rusiya ilə sazişi dəstəkləməyəcək"

17-09-2016, 10:06           

ABŞ prezidenti Barak Obama Rusiya və Amerika tərəfindən Suriya üzrə qəbul olunan razılaşmadan sonra bölgədə zorakılıq səviyyəsinin aşağı endirilməsinə baxmayaraq, Dəməşqin humanitar yüklərin əhaliyə çatdırılmasına mane olması ilə bağlı dərin təəssüfünü ifadə edib.

Bu barədə Ağ evin bəyanatında bildirilir.

Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə qeyd edib ki, ABŞ bölgədə 7 gün ərzində zorakılığın fasiləsiz olaraq azaldılması və humanitar yardımın daimi maneəsiz çatdırılmasına riayət olunmayınca, Rusiya ilə sazişin gələcək fəaliyyətini dəstəkləməyəcək. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru