Rusiya Qərbə və Ukraynaya Kyivin Belarusa qarşı hərəkətə keçəcəyi təqdirdə "fəlakətli nəticələr" barədə xəbərdarlıq edib
21-09-2024, 12:34
Rusiya cümə günü Qərbə və Ukraynaya Kyivin Rusiyanın yaxın müttəfiqi Belarusa qarşı hərəkətə keçəcəyi təqdirdə "fəlakətli nəticələr" barədə xəbərdarlıq edərək, taktiki nüvə silahı yerləşdirdiyi ölkəni müdafiə edəcəyini açıq şəkildə bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə deyib ki, Moskva Belarusla sərhəddə getdikcə "təxribat xarakterli" adlandırdığı fəaliyyətlərdən narahatdır və regionda eskalasiya cəhdlərinin ola biləcəyini istisna etmir.
Ukraynanın avqustun 6-sı Rusiyanın Kursk bölgəsinə gözlənilməz hücumundan bir neçə gün sonra Vladimir Putinin sadiq müttəfiqi olan Belarus lideri Aleksandr Lukaşenko heç bir sübut təqdim etmədən Kyivin Belarusa hücumu ilə bağlı planı ola biləcəyini deyib.
Ukrayna pilotsuz təyyarələrinin onun hava məkanını pozmaqda ittiham edən Minsk daha sonra Ukrayna ilə sərhədinə əlavə qoşun göndərdiyini bəyan etsə də, rəsmi Kyiv sərhəd bölgəsində ciddi dəyişiklik olmadığını bildirib.
"Biz sərhəd zonasında Ukrayna qüvvələrinin fəaliyyətinin artması ilə bağlı daxil olan məlumatları nəzərə alırıq", Zaxarova bildirib.
"Biz bu faktları özümüz görürük və Ukrayna tərəfin pilotsuz təyyarələrdən istifadə etmək və respublikaya terrorçular göndərmək üçün davamlı cəhdlərindən xəbərdarıq" - deyə, o əlavə edib.
Ukraynanın Xarici İşlər Nazirliyi keçən ay bəyan edib ki, ölkəsi "heç vaxt Belarus xalqına qarşı heç bir qeyri-dost addım atmayıb və atmayacaq".
Ukraynanın Kursk əməliyyatına açıq şəkildə istinad edən Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin "ehtiyatsız addımlar"a qadir olduğunu nümayiş etdirdiyini deyərək, onu noyabr ayında keçiriləcək ABŞ prezident seçkiləri ərəfəsində atacağı addımları Vaşinqtonla əlaqələndirməkdə ittiham edib.
"Odur ki, bu məntiqə uyğun olaraq, biz bu destruktiv qüvvələrin regionda vəziyyəti yerindən oynadacağını və gərginləşdirə biləcəyini istisna etmirik", Zaxarova bildirib.
Zaxarova Rusiya və Belarusun "İttifaq dövlətinin" bir hissəsi olduğunu və ümumi sərhədlərini birgə müdafiə etməyi öhdəsinə götürdüyünü deyib. O, Belarus ərazisində birgə regional hərbi qrupun, eləcə də Rusiyanın taktiki nüvə silahlarının yerləşdirildiyini qeyd edib.