BMT-nin baş katibi: "Livan yeni Qəzza ola bilər"

23-09-2024, 15:54           
BMT-nin baş katibi: "Livan yeni Qəzza ola bilər"
"Livan İsraillə münaqişənin mümkün gərginləşməsi səbəbindən yeni Qəzzaya çevrilə bilər".

Oxu.Az xəbər verir ki, bu fikri "CNN" telekanalının efirində BMT-nin baş katibi Antonio Quterreş bildirib.

"Belə cihazların olması faktı göstərir ki, daha ciddi eskalasiya ehtimalı var və məni narahat edən Livanın yeni Qəzzaya çevrilməsi ehtimalıdır ki, fikrimcə, bu bütün dünya üçün dəhşətli faciə olacaq, - o, Livanda rabitə cihazlarının ardıcıl partlayışlarını şərh edərkən deyib.

Quterreş hadisəni düşmənin potensialını məhv etmək üçün böyük hərbi əməliyyatda qabaqlayıcı zərbə kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru