"Hizbullah" İsraillə qarşıdurmanın yeni mərhələsinə daxil olduğunu açıqlayıb

23-09-2024, 16:14           
"Hizbullah" İsraillə qarşıdurmanın yeni mərhələsinə daxil olduğunu açıqlayıb
"Livan İsraillə qarşıdurmanın "Açıq hesab uğrunda döyüş" adlı yeni mərhələsinə daxil olub".

Oxu.Az "Almayadeen" telekanalına istinadən xəbər verir ki, bu açıqlama ilə "Hizbullah" hərəkatının baş katibinin müavini Naim Kassem çıxış edib.

Baş katib İsrail ordusunun (SAXAL) Livan ətrafına hücumlarına toxunaraq bildirib: "İsrail bizi incidən və indiyə qədər görmədiyimiz ən yüksək qəddarlığı təmsil edən üç müharibə cinayəti törədib".

İsrailə müraciət edən Kassem, ölkə iqtisadiyyatının çökəcəyini və hədəflərinin heç vaxt reallaşmayacağını bildirərək, Təl-Əvivin Fələstindəki müqaviməti beynəlxalq səviyyəyə çatdırdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru