Çexiya Prezidenti: Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır

25-09-2024, 16:04           
Çexiya Prezidenti: Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır
Kiyev və onun tərəfdarlarının "reallığı tanıması və müvafiq qərarlar qəbul etməsinin" vaxtı çatıb.
Çexiya Prezidenti Petr Pavel bildirib ki, Ukrayna öz ərazilərinin bir hissəsini itirməsi ilə barışmalıdır.
"The New York Times" bu barədə yazıb.
Siyasətçinin sözlərinə görə, Kiyev və onun tərəfdarlarının "reallığı tanıması və müvafiq qərarlar qəbul etməsinin" vaxtı çatıb.
Pavel hesab edir ki, Ukrayna daha realist olmalıdır. Çexiya liderinin izah etdiyi kimi, münaqişənin ehtimal olunan nəticəsi bəzi ərazilərin Rusiyanın nəzarətində qalması olacaq.
Xatırladaq ki, bu günlərdə Ukraynanın rəhbəri Vladimir Zelenski bir müddət əvvəl Ukrayna münaqişəsinin nəticəsinin yaxın bir neçə ay ərzində müəyyən ediləcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru