Bayden: ABŞ öz dəstəyini davam etdirəcək

25-09-2024, 08:58           
Bayden: ABŞ öz dəstəyini davam etdirəcək
ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək.

Bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O, bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.

C.Bayden, həmçinin söyləyib ki, Yaxın Şərqdə atəşkəsin vaxtı çatıb:

“Diplomatik həll yolu hələ də mümkündür. Uzunmüddətli həll üçün yeganə yol sülhdür”.

ABŞ Prezidenti onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru