Çinlilər Balkan ölkələri vasitəsilə Aİ ölkələrinə qaçır
26-09-2024, 10:08
Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian”ın məlumatına görə, çinlilərin sayı getdikcə Balkanlar üzərindən Avropaya getməyə çalışır.
İndex.az xəbər verir ki, Çin vətəndaşlarının Bosniya və Herseqovina üzərindən Avropa Birliyi (Aİ) ölkələrinə daxil olmaq üçün təhlükəli səfərlərə çıxdığı bildirilir.
2022-ci ildə Bosniyadan Aİ ölkələrinə qeyri-qanuni yollarla girməyə cəhd edərkən tutulan 14 mindən çox adamdan yalnız ikisi çinli olub.
Bu rəqəm 2023-cü ildə 148-ə yüksəldi. Bosniya sərhəd polisinin məlumatına görə, onların əksəriyyəti Aİ üzvü Xorvatiyaya keçmək istəyərkən yaxalanan şəxslərdir. Bu ilin ilk yarısında ən azı 70 Çin vətəndaşı Bosniya üzərindən Xorvatiyaya keçməyə cəhd edərkən yaxalanıb.
Pekinin pandemiyaya ciddi nəzarəti və Çin iqtisadiyyatının mənfi kursunun bu yeni miqrasiya dalğasına səbəb olduğu iddia edilir.