Nyu-York meri Erik Adams federal cinayətdə ittiham edilib
27-09-2024, 11:54
Nyu-York meri Erik Adams böyük münsiflər heyəti tərəfindən federal cinayətdə ittiham edilib.
Associated Press-ə anonimlik şərti ilə danışan şəxslərin sözlərinə görə, Demokrat Adamsa qarşı ittihamları təfərrüatlandıran ittihamnamə çərşənbə günü möhürlənib.
ABŞ-ın Manhettendəki prokurorluğu şərh verməkdən imtina edib. İttiham aktını ilk dəfə The New York Times nəşri yayıb.
"Mən həmişə bilirdim ki, Nyu-Yorkluların maraqlarını müdafiə etsəm, hədəfə çevriləcəm və hədəfə çevrildim. Mənə qarşı ittiham irəli sürülürsə, mən günahsızam və bütün gücüm və ruhumla bununla mübarizə aparacağam", Adams bildirib.
İttihamların nə vaxt açıqlanacağı və ya Adamsın məhkəməyə nə vaxt gəlməli olacağı məlum deyil.
İttiham aktı seçki platformasında cinayəti azaltmaq üçün qanun və qayda vəd edən ölkənin ən böyük şəhərinin ikinci qaradərili meri olmaq üçün təxminən üç il əvvəl seçkilərdə qalib gələn keçmiş polis kapitanı Adamsın heyrətamiz dərəcədə nüfuzdan düşdüyünü göstərir.
Keçən ilin çox hissəsini Adams artan hüquqi təhlükə ilə üzləşib. Belə ki, onun əsas müşavirləri haqda çoxsaylı federal araşdırmalar başlanmışdı. Bu araşdırmalar isə öz növbəsində şəhər meriyasında böhrana səbəb olan bir sıra çağırışlar, axtarışlar və yüksək səviyyəli istefalara səbəb olmuşdu.
O, dəfələrlə hər hansı bir qanunsuzluqdan xəbəri olmadığını bildirib və çərşənbə günü günortadan sonra vəzifəsində qalacağına söz verib.
Adams Nyu York tarixində vəzifədə olarkən ittiham olunan ilk merdir. O, istefa versəydi, daha sonra xüsusi seçki təyin edəcək şəhərin ictimai vəkili Cuman Uilyams ilə əvəzlənəcəkdi.
Qubernator Keti Hokul Adamsı vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malikdir. Hokul ofisi axşam şərh sorğusuna hələ cavab verməyib.