Aİ: Putinin nüvə arsenalı ilə bağlı spekulyasiyası ilk hal deyil
27-09-2024, 12:08
Avropa İttifaqı Vladimir Putinin Rusiya ərazisinə kütləvi hava zərbəsi endirilməsi halında nüvə reaksiyasına icazə verməklə hədələməsini “ehtiyatsız və məsuliyyətsiz” adlandırıb.
Çərşənbə günü Putin Rusiyanın nüvə doktrinasının nüvə gücləri tərəfindən dəstəkləndiyi təqdirdə qeyri-nüvə dövlətlərinə qarşı nüvə silahının istifadəsinə icazə vermək üçün yeniləndiyini elan edib. Bu, Ukrayna və onun Qərb dəstəkçilərinə açıq-aydın istinaddır.
Avropa İttifaqının sözçüsü Peter Stano jurnalistlərə deyib: “Bu, Putinin nüvə arsenalı ilə bağlı spekulyasiya etdiyi ilk hal deyil. Əlbəttə ki, biz bu təhdidləri qətiyyətlə rədd edirik”.
Putinin açıqlaması Ukraynanın Qərb müttəfiqlərindən Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək icazəsi alması ilə bir vaxta təsadüf edir.
Kyiv vurğulayır ki, bu, Ukraynaya hücumlar üçün istifadə edilən Rusiya Federasiyasının aerodromlarına və hərbi infrastrukturuna hücumlar həyata keçirmək üçün lazımdır.
Cümə axşamı Kremlin sözçüsü Dmitri Peskov deyib ki, planlaşdırılan dəyişikliklər Qərbə “konkret siqnal” kimi qəbul edilməlidir. Kreml rəhbəri dəfələrlə Moskvanın nüvə silahından istifadə etməyə hazır olması barədə bəyanatlar verib.
Stano BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında deyib: “Bu, sadəcə olaraq Putinin çox məsuliyyətsiz və qəbuledilməz davranışının davamıdır”. O, Putinin mövqeyini BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkənin liderinin səsləndirdirməsini ehtiyatsızlıq kimi izah edib.