Macarıstan ordusunu yeni versiyalı Leopard 2A7HU tankları ilə gücləndirib

28-09-2024, 07:14           
Macarıstan ordusunu yeni versiyalı Leopard 2A7HU tankları ilə gücləndirib
Macarıstanın müdafiə naziri Kristof Salaj-Bobrovnitski Almaniyanın ölkəsinə yeni Leopard 2A7HU tankları tədarük etdiyini bildirib. Macarıstan ordusunda bu döyüş maşınlarının ümumi sayı 24 ədədə çatdı.

32gun.az “Army Recognition” a istinadən xəbər verir ki, tankların tədarükü bir neçə il əvvəl başlanmış Macarıstan silahlı qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində həyata keçirilir. Çatdırılmalar sentyabrın 25-dən avqustun 28-dək həyata keçirilib.

Yeni tanklar köhnə T-72M1-ləri tədricən sıradan çıxaran 1-ci zirehli briqadanın 11-ci tank batalyonu üçün nəzərdə tutulub.

Leopard 2A7HU-dan əlavə, Macarıstan hökuməti 2018-ci ildə beş WiSENT 2 təmir və evakuasiya maşını, üç Leguan 2HU körpü inşaatçısı, 12 Leopard 2A4 təlim tankı və 24 PzH 2000 özüyeriyən artilleriya sistemi sifariş edib.

Ümumi dəyəri 1,6-1,8 milyard avro həcmində qiymətləndirilir və tədarüklər 2028-ci ilin sonuna qədər tamamlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru