Dumada qəribə qanun layihəsi: Boşanmada 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

28-09-2024, 15:54           
Dumada qəribə qanun layihəsi: Boşanmada 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar
Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

"The Ekonomist" "Telegram" kanalının verdiyi məlumata görə, Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.

"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru