Aİ aviaşirkətlərə Livan və İsrail hava məkanı üzərində uçuş etməməyi tövsiyə edir

30-09-2024, 08:58           
Aİ aviaşirkətlərə Livan və İsrail hava məkanı üzərində uçuş etməməyi tövsiyə edir
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib.

İndex.az bu barədə agentliyin məlumatına istinadən xəbər verir.

“Mövcud şəraitdə Avropa Komissiyası və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Livan və İsrailin hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edən bülleteni dərc etməyi qərara alıb”, – agentlik vurğulayıb.

Qurum bu tövsiyəni İsraillə “Hizbullah” arasında münaqişənin kəskinləşməsi fonunda verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru