İsrail Nəsrullahı məhv etmək planı ilə bağlı ABŞ-a xəbərdarlıq edibmiş - İDDİA

Bu gün, 10:08           
İsrail Nəsrullahı məhv etmək planı ilə bağlı ABŞ-a xəbərdarlıq edibmiş - İDDİA
Ostin ABŞ-ın bu regionda üzləşdiyi böyük riskləri nəzərə alaraq bu məlumatdan qəzəblənib

İsrail əməliyyatdan bir neçə dəqiqə əvvəl Hizbullah lideri Şeyx Həsən Nəsrullahı məhv etmək planı ilə bağlı ABŞ-a xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə “ABC News” ABŞ rəsmilərinə istinadən yazıb.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin "ABŞ-ın bu regionda üzləşdiyi böyük riskləri" nəzərə alaraq bu məlumatdan "qəzəblənib".

Mənbələrdən biri qeyd edib ki, Amerika rəsmiləri israilli həmkarları ilə əlaqəni tamamilə itirsələr, ABŞ-ın Yaxın Şərqdəki maraqları “böyük zərər çəkə bilər”.

Sentyabrın 28-də ABŞ Prezidenti Co Bayden deyib ki, Vaşinqton İsrailin Nəsrullahı məhv etmək planlarından xəbərsiz olub. Lakin Livanın Hizbullah qruplaşmasının liderinin ölümünü “ədalətin bərpası” adlandırıb. Sonradan məlum olub ki, Nəsrullahın məhv edildiyi gün - sentyabrın 27-də Ostin israilli həmkarı Yoav Qalantla iki dəfə danışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.