Kim Çen Inın bacısı Zelenskini istefaya çağırıb

1-10-2024, 11:43           
Kim Çen Inın bacısı Zelenskini istefaya çağırıb
Kim Çen Inın bacısı Ukrayna liderinin sözlərini "tamamilə cəfəngiyyat və ağılsız siyasi təxribat" adlandırıb.
Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon Vladimir Zelenskini Ukrayna prezidenti vəzifəsindən istefa verməyə çağırıb.
Bu barədə onun Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) üçün məqalədə bəhs edilib.
Materialda Kim Yo Çjon bildirib ki, Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında Şimali Koreyanı Ukrayna münaqişəsinin "şəriki" adlandıraraq onu təhqir etməyə çalışıb. Kim Çen Inın bacısı Ukrayna liderinin sözlərini "tamamilə cəfəngiyyat və ağılsız siyasi təxribat" adlandırıb.
O, həmçinin vurğulayıb ki, Ukrayna prezidentinin ətrafı rusiyalıları məhv etmək üçün Qərb silahlarından istifadə edən aqressiv quldur dəstəsidir.
"Dünya Zelenskinin qəpik-quruşa dəyməyən oyunundan bezməyə başlayıb. Hələ ki, çox gec deyil, o, getməlidir" - Kim Yo Çjon əlavə edib.
Bundan əvvəl Zelenskinin 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirmək niyyətində olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru