Böyük Britaniya bu ərazisindən imtina etdi

4-10-2024, 08:54           
Böyük Britaniya bu ərazisindən imtina etdi
Böyük Britaniya Çaqos arxipelaqı üzərində suverenliyi Afrikanın ada dövləti olan Mavrikiyə verməyə razılaşıb.

Bu barədə "Reuters" məlumat yayıb.

Yeni razılaşmaya əsasən, Böyük Britaniya Hind Okeanının strateji baxımdan mühüm ərazisində yerləşən Diyeqo Qarsiya adasındakı hərbi bazaya 99 il müddətində nəzarəti saxlayacaq ki, bu da onun fasiləsiz fəaliyyətini təmin edəcək.

Qeyd edək ki, 2019-cu ildə Mavrikinin baş naziri Pravind Caqnaut Britaniyanı Hind okeanındakı Çaqos adalarını qaytarmaqdan imtina etdiyinə görə müstəmləkə işğalçısı adlandırmışdı.

O bildirmişdi ki, Böyük Britaniya BMT Baş Assambleyasının 2019-cu ilin mayında qəbul etdiyi qətnaməyə əməl etməyib. Həmin qətnamədə Londona Çaqosdan öz administrasiyasını yarım il ərzində geri çəkməsi tələb olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru