Fransa uzun illərdir PUA istehsalında digər ölkələrdən geri qalır – Fransa MN-nin rəhbəri

4-10-2024, 16:57           
Fransa uzun illərdir PUA istehsalında digər ölkələrdən geri qalır – Fransa MN-nin rəhbəri
Lekornyunun sözlərinə görə, bu məsələ Fransa Prezidenti Emmanuel Makronu da narahat edir.
Fransa uzun illərdir ki, PUA istehsalında digər ölkələrdən geri qalır.
Bunu Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu etiraf edib.
"10 və ya 15 il əvvəl pilotsuz təyyarələrdə baş vermiş kollektiv uğursuzluğumuz barədə fikirlər ağlımdan heç çıxmır" - o, "Le Point" jurnalına Fransanın geridə qaldığı sahələr barədə suala cavab verib.
Nazir bildirib ki, boşluğu azaltmaq üçün çoxillik cəhdlər əvəzinə Fransa bir texnoloji nəsli atlamalı və 2030-cu ilə qədər müxtəlif PUA-ların istehsalında lider mövqe tutmalıdır.
Lekornyunun sözlərinə görə, bu məsələ Fransa Prezidenti Emmanuel Makronu da narahat edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru