Trampın oğlu miqrantları xarab konfetə bənzətdi 21-09-2016, 09:02 ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın oğlu Suriya miqrantlarını xarab olmuş konfetlə müqayisə edib. Axar.az xəbər verir ki, Tramp öz rəsmi Tvitter səhifəsində bir boşqab Skitles konfetinin fotosunu paylaşıb və yazıb: “Əgər desəm ki, bu qabda xarab olmuş konfetlər var, bir ovuc götürərsiz? Bu, bizim ABŞ-dakı miqrasiya problemimizdir”. Facebook-da paylaş