Trampla Klintonun ilk debatının vaxtı bilindi –Azərbaycanda referendum keçirilən gün

21-09-2016, 09:34           

Prezidentliyə namizədlər arasında gələn həftə keçiriləcək ilk debatın moderatoru birbaşa yayımda göstəriləcək debatın mövzularını açıqlayıb.

Demokrat namizəd Hillari Klinton və respublikaçı namizəd Donald Tramp arasında ilk debat "Amerikanın siyasi kursu", "Çiçəklənməyə nail olunması" və "Amerikanın təhlükəsizliyinin təmin edilməsi" kimi üç mövzunun hər birinə həsr olunmuş 15 dəqiqəlik hissədən ibarət olacaq.

Debatların moderatoru, NBC tele kanalının axşam xəbərlərinin aparıcısı Lester Holt hər hissənin açılışında namizədlərə sual verəcək. Namizədlərin hər birinin sual-cavab üçün iki dəqiqəsi olacaq. Prezidentliyə namizədlərin eyni zamanda bir-birinə cavab vermək imkanı da olacaq.

ABŞ prezident seçki yarışlarında iştirak edən "Yaşıllar Partiyası"nın nümayəndəsi Cill Steyn və liberitarian Qeri Conson keçən ay "Prezidentlik debatlarına dair Komissiya"nın apardığı ictimai rəy sorğularının nəticələrinə görə, lazımi 15 faizi toplaya bilmədikləri üçün müzakirələrə dəvət olunmayıblar.

ABŞ prezidentliyinə namizədlər arasında üç debatdan birincisi sentyabr ayının 26-na təyin olunub.
Amerikaninsesi.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru