Aİ Gürcüstana maliyyə yardımı ayırmaqdan imtina edəcək

9-10-2024, 10:34           
Aİ Gürcüstana maliyyə yardımı ayırmaqdan imtina edəcək
Gürcüstan hökuməti demokratik standartlardan uzaqlaşdığı üçün Avropa İttifaqının (Aİ) 121 milyon avro məbləğində maliyyə yardımından məhrum olacaq.
İnterfaks xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.
“2022, 2023 və 2024-cü illərdə ayrılan 121,3 milyon avro məbləğində illik vəsait birbaşa Gürcüstan hökuməti üçün nəzərdə tutulub və xüsusilə vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra özünü büruzə verən demokratik standartlardan uzaqlaşmaya görə itiriləcək”, – məlumatda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.