Helen qasırğasından sonra ABŞ-ın cənub-şərqində xilasetmə və bərpa işləri davam edir VİDEO

9-10-2024, 16:38           
Helen qasırğasından sonra ABŞ-ın cənub-şərqində xilasetmə və bərpa işləri davam edir
"Helen" qasırğasından sonra ABŞ-ın cənub-şərqində xilasetmə və bərpa işləri davam edir. İndi, iki həftədən az bir müddət sonra Meksika körfəzində yeni bir fırtına baş qaldırıb və bu bölgəyə daha çox ziyan vurmaq təhlükəsi yaradır. Amerikanın Səsinin müxbiri Araş Arabasadinin reportajı.

Dron Şimali Karolina ştatının Aşevill şəhərindəki "New Belgium Brewing Company" şirkətinin yaxınlığında palçıq başmış ərazinin görüntülərini çəkir.

Bu, ABŞ-ın cənub-şərqində iki həftədən az bir müddət əvvəl "Helen" qasırğasının quruya çıxmasından sonrakı tanış mənzərədir. Fırtına bu ştatın qərb hissəsini suya qərq etdi və bəzi yerli xəbər agentlikləri 75 santimetrə qədər yağış yağdığını bildirib.

Fırtına indiyədək 220-dən çox insanın həyatına son qoyub və bu, 2005-ci ildəki "Katrina” qasırğasından sonra ən ölümcül qasırğa olub.

Rəsmilər federal tədbirlərin güclü olduğunu və davam etdiyini deyir. FEMA-nın administratoru Din Krisvell: "Hazırda minlərlə xilasedici, minlərlə könüllü və özəl sektorun nümayəndələri hadisə yerindədir. Hökumət tərəfdaşlarımız, Milli Qvardiya və yerlərdə insanların ehtiyaclarını ödəyən icmalarla birlikdə işləyirik."

Burada, Black Mountain şəhərində tikinti briqadaları Aşvili sutəmizləyici qurğu və su anbarı ilə birləşdirən magistral su xəttini təmir etməyə çalışır.

Uzaq ərazilərdə yaşayan insanlar su, ərzaq yanacaq və Starlink peyk sistemlərinı qeyri-ənənəvi çatdırılma üsulları - özəl vertolyot şirkətlərinə etibar edir.

Demokratların prezidentliyə namizədi, vitse-prezident Kamala Harris bu həftə bölgəyə səfər edib. Vitse-prezident Kamala Harris: "Burada görülən və davam edən iş, federal, ştat və yerli resursları bir məqsəd və yalnız bir məqsəd üçün əlaqələndirilmiş şəkildə bir araya gətirmək edə biləcəyimiz ən yaxşı işdir və bu, ən çox ehtiyacı olan insanlara yardımdır."

Helena qasıqğasının ağır zərbəyə məruz qoyduğu digər ştat Corciyadır.

Qasırğa ilə bağlı son brifinqdə Respublikaçı qubernator Brayan Kemp qeyd edib ki, Bayden administrasiyası onun Corciya ştatında təbii fəlakət üçün tələb olunanları təsdiqləyib.

Kemplə birlikdə gələn Respublikaçıların prezidentliyə namizədi Donald Tramp əsassız iddia edib ki, federal yardıma ayrılan dollarlar hansısa şəkildə ehtiyacı olan dairələrə deyil, immiqrantlara gedir. Donald Tramp: "Qeyri-qanunidir. Sizdə miqrantlar var. Siz bu haqda oxuyursunuz. İndi Corciyaya və Şimali Karolinaya getməli olan pulların çoxu və bütün digər pullar ölkəyə qeyri-qanuni yolla gələn insanlara gedir və gedib, artıq yox olub və heç kim indiyədək belə bir şey görməyib. Biyabırçılıqdır".

Cənub-şərqin bəzi əraziləri, elektrik stansiyaları tamamilə suyun altında qalıb.

Region indi Milton qasırğasına hazırlaşır.

Milli Meteoroloji Xidmət çərşənbə günü artıq qasırğadan dağıdılan Florida sahillərinə çatmadan əvvəl onun həyati təhlükəsi olan fırtına ola biləcəyini proqnozlaşdırır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.