ABŞ-dən İran neftinin ticarətinə görə bir sıra şirkətlərə sanksiyalar

12-10-2024, 17:04           
ABŞ-dən İran neftinin ticarətinə görə bir sıra şirkətlərə sanksiyalar
ABŞ administrasiyası sanksiya siyahısına İran neftinin ticarəti və daşınması ilə məşğul olan 16 hüquqi şəxs və 23 tankeri əlavə edib.

TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Dövlət Departamentinin bəyanatında bildirilir.

Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi İranın nüvə proqramını və raket inkişafını maliyyələşdirmək, eləcə də Yaxın Şərqdə münaqişələri qızışdırmaq üçün istifadə etdiyi gəlir axınını pozmaqdır.

ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Panama, Liberiya, Surinam və Marşal adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. ABŞ-nin qara siyahısına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk adaları, Palau, Panama, Sent Kitts və Nevis, San-Tome və Prinsipi, eləcə də Esvatini bayraqları ilə üzən gəmilər daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.