Naməlum uçan obyekt tapıldı - Günəşin enerjisini sorur

22-09-2016, 09:44           

NASA-nın SOHO (Solar and Heliospherik Observatoriy) aparatı tərəfindən naməlum uçan obyektin Günəşin enerjisini sorduğu qeydə alınıb.
SOHO-dan xüsusi olaraq Günəşin öyrənilməsi üçün istifadə edilir.

Qeyddə UNO-ya bənzər naməlum obyektin özünü Günəşlə anlaşılmayan şüa ilə birləşdirdiyi görünür. Bu görüntü uçan obyektin Günəşdən enerji çəkməsinə bənzəyir. Mütəxəssislərin hesablamalarına görə bu proses zamanı obyekt göy cismindən təxminən 150 milyon kilometr aralıda olub.

Ufoloqların sözlərinə görə bu görüntü bizim günəş sistemində ağıllı yadplanetli həyatın olduğunu sübut edir.

NASA alimləri hələlik bununla bağlı açıqlama verməyiblər.(azertac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru