Volkswagen Almaniyada ən azı üç zavod bağlamaq niyyətindədir - şirkətin direktorlar şurası

4-11-2024, 16:43           
Volkswagen Almaniyada ən azı üç zavod bağlamaq niyyətindədir - şirkətin direktorlar şurası
Kavallo vurğulayıb ki, on minlərlə iş yeri risk altındadır, bütün şöbələr bağlanacaq və ya xaricə köçürüləcək.
"Volkswagen" (VW) avtomobil istehsal edən şirkət qənaət tədbirləri çərçivəsində Almaniyada ən azı üç zavodu bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir.
Bu barədə Almaniyanın "Focus" nəşri şirkətin direktorlar şurasına istinadən xəbər verib.
"Direktorlar şurası Almaniyadakı ən azı üç "Volkswagen" zavodunu bağlamaq istəyir", - nəşr "VW" əməkdaşları üçün Volfsburqda keçirilən informasiya tədbirində çıxış edən istehsalat şurasının rəhbəri Daniela Kavallodan sitat gətirib.

Onun sözlərinə görə, qalan zavodlara da qənaət tədbirləri təsir edəcək: kadr ixtisarı planlaşdırılır. Bildirilir ki, ilk növbədə Osnabrükdəki zavodun bağlanması nəzərdə tutulub.
Kavallo vurğulayıb ki, on minlərlə iş yeri risk altındadır - bütün şöbələr bağlanacaq və ya xaricə köçürüləcək.
"Bu planlar Almaniyanın bütün "VW" zavodlarına təsir edir. Onların heç biri təhlükəsiz vəziyyətdə deyil", - istehsalat şurasının rəhbəri əlavə edib.

Almaniyada "Volkswagen" şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır.
Bu yaxınlarda "Volkswagen" qənaət üçün Almaniyada işdən çıxarılma və istehsal müəssisələrinin bağlanmasını istisna etməyib. Konsernin rəhbəri Oliver Blumenin sözlərinə görə, йənaətlə bağlı yeni kurs bir sıra rəqiblərin Avropada möhkəmlənmək meylləri və Almaniyada rəqabət qabiliyyətinin azalması ilə bağlıdır. Mediada yayılan məlumatlara əsasən, işdən çıxarılmalar 2025-ci il iyulun 1-də başlaya bilər, konsern daxilində sərt qənaət tədbirlərinin tərəfdarları isə 30 minə qədər işçini ixtisar etmək istəyirlər.
Bu planlara cavab olaraq "Volkswagen" işçilərini təmsil edən həmkarlar ittifaqları tətillərlə hədələyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.