Beyrutda ölümcül hücumlardan sonra məktəblər bağlanıb

Bu gün, 16:18           
Beyrutda ölümcül hücumlardan sonra məktəblər bağlanıb
Bazar ertəsi Beyrutda məktəblər bağlanıb. Bu, Livanda İranın dəstəklədiyi Hizbullah qruplaşmasının media əlaqələri rəhbəri daxil olmaqla altı nəfərin ölümü ilə nəticələnən şəhərin mərkəzinə hava hücumlarından bir gün sonraya təsadüf edib.

Zərbələr Təhsil Nazirliyini Beyrut ərazisindəki orta və ali məktəbləri iki günlük bağlamağa vadar edib.

Hizbullah və İsrail ordusu bildirib ki, əl-Nəba rayonunda ölən dörd nəfərdən biri Hizbullah sözçüsü Məhəmməd Afif Rasdır.

İsrailin Müdafiə Qüvvələri Afifi öldürən “dəqiq, kəşfiyyata əsaslanan hücum”la bağlı bəyanat yayıb.

“Müharibə başlayandan Afif Hizbullahın hərbi əməliyyatları üzərində əhəmiyyətli təsir gücünə malik idi. O, yüksək səviyyəli rəsmilərlə əlaqə saxlayırdı və Hizbullahın İsrailə qarşı terror fəaliyyətinin irəliləməsi və həyata keçirilməsində bilavasitə iştirak edirdi,” İsrail Müdafiə Qüvvələri bildirib. “Bundan əlavə, Afif Hizbullah əməliyyatçılarına Hizbullahın propaqandası və psixoloji terroru üçün istifadə edilmək məqsədilə sahədən görüntülər toplamağa göstəriş vermişdi.”

Beyrutun mərkəzinə ikinci zərbə nəticəsində Mar Eliasda iki nəfər ölüb, 22 nəfər yaralanıb.

“İsrailin döyüş təyyarələri Mar Elias ərazisinə hücumlar edib,” rəsmi Milli Xəbər Agentliyi münaqişə nəticəsində didərgin düşən insanların qaldığı sıx məskunlaşan rayona istinad edərək deyib.

Agence France-Presse bazar günü bildirib ki, Livanın cənubunda 11 nəfər ölüb.

Qəzzada ölüm halları

Fələstinli rəsmilər bazar ertəsi bildirib ki, İsrailin Qəzzanın Xan Yunis ərazisində didərgin düşən insanlarında qaldığı bir çadıra zərbəsi nəticəsində iki uşaq və onların valideynləri həlak olub.

Mülki Müdafiə idarəsinin rəsmilərinin dediyinə görə, ölən uşaqlar 7 və 9 yaşlarında olub, 10 yaşlı bir uşaq isə yaralanıb.

Bazar günü Qəzzanın mülki müdafiə agentliyi bildirib ki, İsrailin Beit Lahiada beş mərtəbəli yaşayış binasına havadan zərbəsi nəticəsində uşaqlada daxil olmaqla, 34 nəfər ölüb, onlarla insan itkin düşüb.

Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailin cənubuna hücum edəcək, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürməsindən sonra başlayıb. HƏMAS hələ də 100 nəfəri girov saxlayır.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin əks-hücumu nəticəsində 44 000-ə yaxın fələstinli ölüb, onların yarısından çoxunu qadın və uşaqlar təşkil edir.

Hizbullahla İsrail arasında aylarla davam edən raket və hava zərbələrindən sonra, döyüşlər sentyabr ayının ortalarında Livana qədər uzanıb. 3200-dən çox livanlı ölüb.

Həm Hizbullah, həm də HƏMAS ABŞ tərəfindən terror təşkilatları kimi tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.