Kral Çarlzın tacqoyma mərasiminin qiyməti açıqlandı, xalq qəzəbləndi

Bu gün, 16:14           
Kral Çarlzın tacqoyma mərasiminin qiyməti açıqlandı, xalq qəzəbləndi
İngiltərə kralı III. Çarlzın 2023-cü ilin mayında tacqoyma mərasiminin vergi ödəyicilərinə ən azı 72 milyon sterlinqə başa gəldiyi məlum olub.

Rəsmi rəqəmlərin açıqladığı xərc ölkədə uşaq yoxsulluğu ilə bağlı artıq müzakirələr gedən ölkədə reaksiyaya səbəb olub.

İngiltərədə təxminən 20 milyon insan Vestminster Abbeyində Kral Çarlzın tacqoyma mərasimini televiziya vasitəsilə izləyib. Bu rəqəm 2022-ci ildə Kraliça II Elizabetin dəfnini izləyənlərin sayından az idi.

Tacqoyma mərasiminə dünyanın hər yerindən məşhur şəxslər qatıldığı halda, növbəti gecə Vindzor qəsrində ulduzların bol olduğu konsert təşkil edilib.

Mərasimin dəyəri o vaxtkı baş nazir Rişi Sunakın hökumətində tacqoyma mərasiminin təşkilini öz üzərinə götürən DCMS adlı idarənin illik hesabatlarından öyrənilib.

İngiltərədə monarxiyanı tamamilə ləğv etmək üçün kampaniya aparan Respublika təşkilatının direktoru Graham Smith deyib: “Bu, tamamilə pul itkisi idi. Uşaq yoxsulluğu ilə üzləşən bir ölkədə yaşayış böhranı fonunda tamamilə lazımsız və israf edilmiş pul idi. “Uşaqlar məktəbdə nahar edə bilməyəndə bu parada 70 milyon funt sterlinqdən çox pul xərcləmək əxlaqsızlıqdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.