Şimali Koreya hərbçiləri Mariupol və Xarkova gəlib - CNN

23-11-2024, 12:38           
Şimali Koreya hərbçiləri Mariupol və Xarkova gəlib - CNN
Şimali Koreyanın texniki mütəxəssisləri Ukraynanın Mariupol şəhərinə gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə CNN bildirib.
Qeyd edilib ki, Şimali Koreya mütəxəssislərinin Mariupola gəlişinin məqsədi aydın deyil.
CNN-in həmsöhbəti bildirib ki, Mariupoldakı Şimali koreyalılar öz binaları, yeməkləri, musiqiləri və filmləri ilə ruslardan ayrı yaşayırlar.
Mənbə həmçinin jurnalistlərə deyib ki, Ukraynanın Rusiya ərazisinə son raket hücumlarının hədəflərindən biri yüksək rütbəli Şimali Koreya generalı olub. Amma onun məhv edilib-edilmədiyi hələlik bəlli deyil.
CNN həmçinin Şimali Koreya hərbçilərinin Xarkov vilayətində göründüyünü xəbər bildirib.
“Təsdiq edə bilərəm ki, radio dinləmələrinə görə, Şimali Koreya bölmələri Xarkov vilayətində aşkar edilib”, - Xarkovdakı hərbi birləşmələrin sözçüsü Yevgeni Romanov CNN-ə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru