Polşa prezidentliyinə namizəd neonasistlərlə əlaqədə ittiham edilib

3-12-2024, 16:44           
Polşa prezidentliyinə namizəd neonasistlərlə əlaqədə ittiham edilib
Polşanın ən böyük sağyönümlü partiyası olan "Hüquq və Ədalət" tərəfindən dəstəklənən prezidentliyə namizəd Karol Navrotski neonasistlərlə əlaqədə ittiham olunur.

Sherg.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Donald Tuskun "Vətəndaş təşəbbüsü" partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Dariuş Yonski bildirib.

"Navrotski Vesterplatte abidəsi ərazisində tədbirin təşkilini neonasist köklərə malik olan qrupa həvalə edib. Bu, yolverilməzdir", - o qeyd edib.

Yonski həmçinin Navrotskinin cinayətkar aləmin və radikal qruplaşmaların nümayəndələri ilə guya əlaqələrinin olduğunu təsdiqləyən "Hüquq və Ədalət" partiyasının daxili hesabatına istinad edib.

Qeyd edək ki, Qdanskda yerləşən Vesterplatte abidəsi 1939-cu il sentyabrın 1-də İkinci Dünya müharibəsində ilk hərbi əməliyyatların başladığı əlamətdar yerdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru