Bu nazir cəmi bir il prezident olacaq

2-01-2025, 15:34           
Bu nazir cəmi bir il prezident olacaq
İsveçrənin maliyyə naziri Karin Keller-Sutter ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.

TEREF Modern.az-a istinadən xəbər verir ki, onun səlahiyyət müddəti ilin sonunda başa çatır.

Dekabrın 11-də İsveçrə Federal Məclisi (Parlament) Keller-Sutterin 2025-ci ildə dövlət başçısı seçildiyini elan edib. Bu vəzifədə o, Konfederasiyanın müdafiə naziri Viola Amherdi əvəzləyib.

Keller-Satter 1963-cü ildə katolik ailəsində anadan olub. O, Sürix Tətbiqi Elmlər Universitetində tərcüməçi təhsili alıb, sonra Friborq Universitetində pedaqogika üzrə aspirantura kursunu bitirib. 1992-ci ildə siyasi fəaliyyətə başlamazdan əvvəl məktəb müəllimi işləyib.

"Financial Times" qəzeti yeni prezidenti 2023-cü ilin ən nüfuzlu 25 qadınından biri seçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru