ABŞ seçkilərə müdaxiləyə görə İran və Rusiyadakı qurumlara sanksiya tətbiq edir
2-01-2025, 15:24
Birləşmiş Ştatlar ərşənbə axşamı İran və Rusiyadakı qurumlara bu il ABŞ-da keçirilən seçkilərə müdaxilə cəhdində ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, İran İnqilab Keşikçiləri Korpusunun törəməsi və Rusiyanın hərbi kəşfiyyat agentliyinə bağlı təşkilat “2024-cü il ABŞ seçkiləri zamanı ictimai-siyasi gərginliyi artırmaq və ABŞ seçicilərinə təsir göstərmək” məqsədində olub.
Nazirliyin bildirdiyinə görə, Koqnitiv Dizayn İstehsalat Mərkəzi ən azı 2023-cü ildən bəri təsir əməliyyatlarını planlaşdırıb, Moskvada yerləşən Geosiyasi Ekspertiza Mərkəzi (CGE) isə seçkilərdə namizədlər haqqında dezinformasiya yayıb və dipfeyklərin yaradılmasını istiqamətləndirib və maliyyələşdirib.
Nazirlik CGE-nin həmçinin "2024-cü il vitse-prezidentliyə namizədlə bağlı əsassız ittihamlar" hazırlamaq üçün bir videonu manipulyasiya etdiyini bildirib. Nazirlik hansı namizədin hədəf alındığı açıqlamayıb.
Respublikaçı Donald Tramp noyabr ayında Demokratların namizədi Kamala Harrisi məğlub edərək, prezident seçilib.
"İran və Rusiya hökumətləri bizim seçki proseslərimizi və institutlarımızı hədəfə alıblar və məqsədyönlü dezinformasiya kampaniyaları ilə Amerika xalqını parçalamağa çalışıblar," maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifəsini icra edən Bredli Smit bəyanatda deyib.
“Birləşmiş Ştatlar demokratiyamızı sarsıda biləcək rəqiblərə qarşı ayıq-sayıq qalacaq.”