Məhkəmə Prezidentin həbsinə qərar verdi

2-01-2025, 15:18           
Məhkəmə Prezidentin həbsinə qərar verdi
Seul məhkəməsi Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi qərarına görə fəaliyyəti müvəqqəti dayandırılmış prezident Yun Seok Yeolun həbsinə qərar verib. Bu barədə Yonhap məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, ölkənin konstitusiya tarixində ilk dəfədir ki, fəaliyyətdə olan dövlət başçısının həbsinə dair orderdir. Yonhap mənbələri aydınlaşdırıblar ki, məhkəmə Yun Seok Yeolun üç ittiham üzrə - vəzifə səlahiyyətlərindən sui-istifadə, hərbi vəziyyətin tətbiqinə qeyri-konstitusiya cəhdi və üsyana cəhd üzrə həbs qərarı verib.

Oorder bir həftə, yanvarın 6-dək qüvvədə olacaq. İdarədən qeyd ediblər ki, prezidentin nə vaxt saxlanılacağına hələ qərar verməyiblər. Sərəncam Yun Seok Yeolun saxlanmasına 48 saat vaxt verir. Bu müddət ərzində departament prezidentin həbsdə saxlanması və ya onun azadlığa buraxılması üçün müraciət etmək barədə qərar verməlidir.

Məhkəmə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının prezidentin iqamətgahında axtarış aparılmasına dair qərar çıxarıb. Bundan əvvəl Yun Seok Yeol üsyana rəhbərlik etmək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə üç dəfə şübhəli şəxs qismində dindirilməyə gəlməyib.

Dekabrın 3-də Cənubi Koreyanın prezidenti Yun Seok-yeol “KXDR-in daxildəki tərəfdarlarına qarşı mübarizə naminə” ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Fərman siyasi partiyaların fəaliyyətini, etiraz aksiyalarını, tətilləri qadağan edib, senzura və ölüm hökmü vermək hüququ olan hərbi tribunallar tətbiq edib. Sənəd altı saat qüvvədə olub.

Bu, həm Seul küçələrində, həm də parlamentdə genişmiqyaslı etirazlara səbəb olub. Deputatlar hərbçilərin binaya silahlı basqını zamanı prezidentin qərarının ləğvinə səs veriblər. Bundan sonra o, qanunla fərmanı ləğv etməyə məcbur olub. Ertəsi gün Cənubi Koreya parlamenti prezidentin impiçmenti məsələsini səsverməyə çıxarıb, lakin hakim Xalq Gücü partiyasının deputatlarının səsverməni boykot etməsi səbəbindən sənəd lazımi səsləri toplamayıb.

Dekabrın 7-də Yun Seok Yeol televiziya çıxışında etdiyi hərəkətlərə görə üzr istəyib. Müdafiə naziri Kim Yog-hyun da daxil olmaqla, əsas məmurlar istefa verib. Kim daha sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilib.

Vətənə xəyanətdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Yun Seok Yeolun ölkədən çıxışı qadağan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.