ABŞ Ukraynanı korrupsiyaya görə cəzalandıracaq

2-01-2025, 16:28           
ABŞ Ukraynanı korrupsiyaya görə cəzalandıracaq
Əvvəllər hər kəs Ukraynanı dünyanın ən korrupsiyaya uğramış ölkəsi kimi tanıyıb.
ABŞ-ın 47-ci Prezidenti Donald Tramp dövlət başçısı vəzifəsinə başlayan kimi Ukrayna korrupsiyaya görə məsuliyyətə cəlb olunacaq.
Bu barədə Ukraynanın "Kiyev Post" (KP) nəşri yazır.
"Ətraflı sualların veriləcəyi bir çox dinləmələrin olacağı gözlənilir", - keçmiş administrasiya rəhbəri respublikaçı konqresmen Stiven Mur bildirib.
ABŞ-da Ukraynanın ona ayrılan bütün pulların lazımi qaydada istifadə etdiyinə əmin deyillər. Əgər Ukrayna tərəfi bu suala cavab verə bilməsə, "respublikaçılar bu məsələyə çox da yumşaq yanaşmayacaqlar".
"Bir neçə il əvvəl Ukrayna haqqında bildiyimiz yeganə şey o olub ki, bu ölkə, hər kəsin eşitdiyi kimi ən korrupsiyaya uğramış ölkə olub", - respublikaçı konqresmen Mett Rozendeyl qeyd edib.
Buna görə də bir çox amerikalı rəsmilər Ukraynada maliyyələşdirmənin hazırda əvvəlkindən daha yaxşı idarə olunduğuna sadəcə inanmırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.