Bayden 20 amerikalıya Prezident Vətəndaş Medalını təqdim edəcək
3-01-2025, 10:18
ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə keçiriləcək mərasimdə ölkənin ikinci ən yüksək mülki mükafatı olan Prezident Vətəndaş Medalını 20 şəxsə təqdim edəcək.
Prezident Vətəndaş Medalının sahibləri arasında konqresmen Benni Tompson və Konqresin sabiq üzvü Elizabet Çeyni də var. Onlar 2021-ci ilin 6 yanvarında ABŞ Konqresinə hücum edən, Baydenin 2020-ci ildə Donald Trampa qarşı qazandığı seçkilərin təsdiqlənməsini pozmağa çalışan kütlənin hücumunu araşdıran Konqres komissiyasına rəhbərlik ediblər.
2024-cü il seçkilərini qazanaraq, bu ayın sonunda yeni prezidentlik müddətinin başlamağa hazırlaşan Donald Tramp, Tompson və Çeyninin həbs edilməli olduqlarını deyib.
Ağ Ev tərəfindən cümə axşamı yayılan bəyanatda Çeyninin bir Respublikaçı olaraq, “öz səsini yüksəltdiyi və tərəflər arasında körpü quraraq milləti və müdafiə etdiyimiz idealları: azadlıq, ləyaqət və dürüstlüyü qorumağa çalışdığı” qeyd edilib.
Bəyanatda həmçinin Tompsonun “qanunun aliliyini müdafiə etməkdə, dəyişməz dürüstlük və həqiqətə sadiqliklə ön planda olduğu” vurğulanıb.
1969-cu ildə yaradılan Prezident Vətəndaş Medalı “öz ölkələrinə və ya vətəndaşlarına örnək davranışlar göstərən şəxsləri” təltif edir.
“Prezident Bayden bu amerikalıların ortaq ləyaqətləri və insanlara xidmət etməyə olan sadiqlikləri ilə birləşdiklərinə inanır. Ölkə, onların fədakarlığı və sədaqəti sayəsində daha yaxşıdır”, Ağ Evin bəyanatında qeyd edilir.
Cümə axşamı təltif edilən digər şəxslər arasında ABŞ-da eynicinsli nikahların qanuniləşdirilməsi sahəsində çalışmış Meri Bonauto və İvan Volfson da var.
Frank Batler də medal qazananlardan biridir. Ağ Ev onun döyüş sahəsi travması müalicəsində təcili yardım cərəyanı üçün standartlar yaratdığını və “ABŞ ordusu üçün döyüş yaraları müalicəsini inqilab etdiyini və saysız həyatlar xilas etdiyini” qeyd edib.
O cümlədən, II Dünya Müharibəsi zamanı Yaponiya mənşəli amerikalılarının həbsinə qarşı uğurlu hüquqi mübarizəsi ilə Mitsuye Endo Tsutsumi də təltif edilənlər arasındadır.
Bayden qadın hüquqları uğrunda etirazları təşkil edən və qadınların bərabər maaş alma haqqını müdafiə edən Eleanor Smili də mükafatlandırır.
Digər medal sahibləri arasında sabiq konqresmen Karolon Makkarti, keçmiş ABŞ senatorları Bil Bradli, Kris Dod, Nansi Kassebaum və Ted Kaufman da var.
Başqa mükafatlandırılanlar isə Vyetnam Qadınları Xatirə Fondunun qurucusu Dayen Karlson İvans, müharibə müxbiri Cosef Qallovey, vətəndaş hüquqları müdafiəçisi Luis Reddinq və fotoqraf Bobbi Seyqerdir.
Məhkəmə hakimi Kollins Saytz, Vyetnamda Fulbrayt Universitetinin qurucusu Tomas Valleli, süd vəzi xərçəngi tədqiqatçısı Franses Visko və Savanna İncəsənət və Dizayn Kollecinin qurucusu Paula Vollas da Prezident Vətəndaş Medalını alacaq.