Çernoqoriyada 12 nəfərin ölümünə səbəb olan silahlı hücumdan sonra matəm elan olunub

3-01-2025, 11:38           
Çernoqoriyada 12 nəfərin ölümünə səbəb olan silahlı hücumdan sonra matəm elan olunub
Monteneqroda Yeni il günü baş verən ölümcül silahlı hücumdan sonra yanvarın 2-də üç günlük matəm elan olunub.

Yanvarın 1-də gecə saatlarında Çetinyedə silahlı şəxsin hücumu nəticəsində ikisi uşaq olmaqla, 12 nəfər həlak olub. Hadisə zamanı daha 4 nəfər yaralanıb.

Çetinyedəki rəsmilər şəhərdə planlaşdırılan bütün tədbirlərin və ictimai toplantıların yaxın gələcək üçün ləğv edildiyini açıqlayıb.

Rəsmilər bildiriblər ki, Ako Martinoviç kimi bilinən şübhəli şəxs axtarış başladıldıqdan sonra intihara cəhd edib və xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Monteneqronun daxili işlər naziri Danilo Saranoviç yanvarın 2-də gecə yarısı mətbuat konfransında bildirib ki, qətlin motivi məlum deyil.

Qurbanlar beş ayrı yerdə öldürülüb.

Polis hələlik onların kimliyini açıqlamayıb.

Paytaxt Podqoritsadakı Kliniki Mərkəzin rəhbəri Aleksandr Radoviç bildirib ki, insident zamanı yaralanan üç kişi və bir qadın arasında birinin vəziyyəti son dərəcə ağırdır, digər üç nəfərin vəziyyəti stabil, lakin həyati təhlükəsi var.

"İki kişi və bir qadının vəziyyəti stabildir və bu səhər onların süni nəfəs aparatından ayrılması prosesi gedir. Dördüncüsü ağır vəziyyətdədir, bu gün səhər tezdən əməliyyat olunub", o deyib.

Rəsmilərin dediyinə görə, kütləvi dava barda baş verən davadan sonra başlayıb. Polisin verdiyi açıqlamada hadisənin "mütəşəkkil cinayətkar qruplar arasında qarşıdurma nəticəsində baş vermədiyi" bildirilib.

Saranoviçin sözlərinə görə, Martinoviç 2005-ci ildə zorakı davranışa görə şərti məhkum və bir il həbs cəzasına məhkum edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.